YAZI / DÜŞÜNCƏ
MƏNİM HƏR ŞEYİM OLANDA... Tarix : 10 Noyabr 2019, 08:25
Yazar : Qadinkimi.com

Mən həyat yoldaşımla kafedə kofe içirdim.

Həyat yoldaşım cavan, yaraşıqlı idi və mən onu sevirdim.

Əynimdə zəhlətökən köhnə paltom vardı. Bu palto məni isitmirdi, əksinə çox eybəcər göstərirdi. Mən onu geyəndə kompleksə düşürdüm, elə bil o mənim bütün həyatımı korlayır.

Çox ucuz bir kafedə, mənə dadsız gələn, ucuz kofe içirdik.

Və mən nə vaxtsa bahalı bir restoranda, bahalı, dəbdə olan geyim – keçimdə əla bir kofe içəcəyimiz günü xəyal edirdim. Nə düşündüyümdən xəbərsiz olan  həyat yoldaşım nur dolu, sevgi dolu baxışlarla mənə baxırdı.

 



...Ölüm onu yaxalayanda  o, çox cavan idi. Mənsə yaşadım...

Sonralar həyatımda müxtəlif kafelər və kofelər oldu. Çox bahalı dəbdə olan paltolarım oldu.

Amma o yox idi...

Bu səhnəni tez – tez xatırlayıram: mənim hər şeyim vardı, amma mən bundan xəbərsiz idim...



Müəllif: Yelena Roq.

Çevirən: Kamalə Abiyeva.  

Qadinkimi.com