SƏNƏT
Mən sizə darıxmaq öyrədəcəyəm Tarix : 17 İyun 2020, 03:20
 Qadinkimi.com Müstəqil.az-a istinadən xəbər verir ki,
 

Sevimli şairəmiz Fərqanə Mehdiyevanın xatirəsinə hazırlanan kitab toplu "Qanun" nəşriyyatında çapdan çıxıb. Kitabda qələm dostlarının Fərqanə xanımla bağlı xatirələri, ona həsr olunmuş şeirləri, müsahibələr və şairənin şeirləri yer alıb. Son illər aşır xəstəliklə həyat uğruna savaşan Fərqanə xanım cismən aramızdan getsə də sözü ilə - özü ilə yaddaşlarda yaşayacaq.
 
 
 
Kitabda həmçinin oxucuların fikirləri də yer alıb.
Bizə darıxmağı öyrədən Fərqanə xanımın xatirəsinə hazırlanan kitabın tərtibatçısı və redaktoru şair, publisist Faiq Balabəyli, rəssamı Seyran Allahverdi, korrektorlar Narıngül Nadir və Aləm Kəngərlidir.
 
Kitab müəlliflərin dəstəyi ilə nəşr edilib.
 
qadinkimi.com