BURA / ORA, FEMİNİZM, QADIN / KİŞİ, GENDER
Madriddə femin fəallar diktator Franko tərəfdarlarının yürüşünə etiraz edib Tarix : 25 Noyabr 2019, 18:00
Yazar : Qadinkimi.com
Paytaxt Madriddə femin fəallar diktator Franko tərəfdarı olan nümayişçilərin təşkil etdiyi yürüşə etiraz ediblər. 

Üzərində "faşizmi şərəfləndirməyin” mesajları yazılan qadınlar 44 il öncə ölən Frankoya dəstək məqsədilə təşkil edilən yürüşə qarşı çıxıblar. 
Bazar günü təşkil olunan Franko tərəfdarlarının yürüşünə minlərlə insanın qatıldığı bildirilir. İspaniyada hər il noyabr ayının sonlarına doğru eks diktatorun ildönümünü qeyd etmək üçün kiçik tədbirlər təşkil edilir. 

Yürüşə qatılan İspaniyanın irqçi partiyası Falange Jesus Munoz Frankonun məzarına hörmətsizlik edildiyini iddia edərək bunu qəbul etməyəcəklərini söyləyib.
İspaniyada diktator Fransisko Frankonun Madridin yaxınlındakı Şəhidlər Vadisində olan xatirə türbəsindəki nəşinin qalıqları 44 il sonra ailə məzarlığına köçürülüb. 
 
qadinkimi.com

qadinkimi.com