YAZI / DÜŞÜNCƏ, HÜQUQLARIMIZ
Çıxılmaz vəziyyətdə olan ananın məktubu Tarix : 26 May 2020, 15:45
Yazar : Qadinkimi.com

Mən Səfərova Afayət Seyyaf qızı müəlliməyəm, ailəm dağılıb, həyat yoldaşımdan ayrılmışam. Ancaq aliment ala bilmirəm. Evim yox, kirayələrdə qalmamaq, balalarımı qapılarda saxlamamaq üçün kredit pul götürüb vaqon almışam. Uşaqlarımla vaqonda yaşayıram.

 

 

 

 

 

 


Boşanandan sonra iş yerimi dəyişmək üçün təhsil nazirimiz cənab Ceyhun Bayramova müraciət etdim. Həyatı durumumu nəzərə alıb iş yerimi Biləsuvar rayonundan Mingəçevir şəhərinə dəyişib.Gələrkən yaşayış evimiz olan vaqonumu da gətirmişəm.Torpaqla təmin olunmağımı istəmişəm.Dəfələrlə icra başçısının təhqirləri ilə üzləşmişəm. Ehtiyacım ucbatından əl çəkmədiyimi görüb, sosial şəbəkələrdə etdiyim şikayətimdən nəticə çıxaran icra başçısının

köməkliyi ilə mənə bələdiyyə tərəfindən fərdi tikinti üçün torpaq sahəsi ayrılıb. 

 

Vaqonum mənə ayrılan torpaq sahəsinə yerləşdirilib. Lakin dekabrın 5-dən bu günə kimi dəfələrlə etdiyim müraciətim üçün süründürülürəm. Torpağın sənədini ala bilmirəm.

 

İndi də sənədin verilməsi üçün Bələdiyyə sədri Ramiz Əliyev, bələdiyyənin keçmiş müavini Nəbi Nəbiyev, hazırkı bələdiyyə üzvü Sahib Əliyev tərəfindən mənə bildirilir ki, torpağın sənədini almaq üçün onlara 1600 manat verməliyəm. Mənim isə əməkhaqqım onlar deyən pulu ödəmir. Bunun üçün gərək mən, çörək belə almadan bütün maaşımı 3-4 ay yığam. Balalarımı ac qoyam. Axı mən boşanmışam. Vaqonda 3 azyaşlı qız övladı böyüdürəm. Aliment ala bilmirəm. Alimenti uşaqların atası qismən ödəyir. Çox çətinliklərlə üz-üzəyəm. Uşaqlarım və özüm əziyyət çəkirəm. Xahiş edirəm, ağır vəziyyətimi nəzərə alıb mənə ayrılmış torpaq sahəsinin sənədinin pulsuz və ya imtiyazlı qaydada verilməsinə yaxından kömək edəsiniz.

 
 

Səfərova Afayət
qadinkimi.com