SEVGİ, QADIN / KİŞİ
İlk azərbaycanlı şəfqət bacısı Tarix : 06 Avqust 2021, 11:08

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1878-ci ildə Tiflisdə anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

1909-cu ildə polkovnik Əliağa Şıxlinski qohumları ilə görüşmək üçün Tiflisə gəlir. Ömrünün qırx altıncı baharına qədəm qoyan mərd topçu zabit hərbi sahədə misilsiz xidmətlər göstərmiş, Sankt-Peterburqdakı Mixail artilleriya məktəbini bitirdikdən sonra qüsursuz qulluğa, Uzaq Şərq müharibəsi zamanı Port-Artur müdafiəsi zamanı şücaət və hünərinə görə Rusiya imperiyasının bir sıra mötəbər mükafatlarına - ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, üçüncü və dördüncü dərəcəli Müqəddəs Vladimir, üçüncü və dördüncü dərəcəli Müqəddəs Anna, qızıl qılıncla birlikdə təqdim olunan dördüncü dərəcəli Müqəddəs Georgi ordenlərinə və rus-yapon müharibəsinin xatirə medalına layiq görülmüşdür. Tsarskoye Selodakı Artilleriya zabitləri məktəbində müvəffəqiyyətlə oxuyub biliklərini müəllim qismində həmin tədris müəssisəsinin müdavimlərinə ötürən Ə. Şıxlinski bütun hərbi mütəxəssisləri heyrətə gətirmiş Şıxlinski uçbucağı kimi tanınan artilleriya atəşinin dəqiqliyini artıran sxem işləyib hazırlamışdır. Məzuniyyəti zamanı o, burada Nigar xanıma rast gəlir. Qismətlərinə yazılmış bu görüş sonrakı həyat yollarını, talelərini bir-biri bağlayır. Çox vaxt keçmədən ürəkləri qarşılıqlı məhəbbət hissi ilə döyünən bu cütlük ailə qurdu.

 

 

Şıxlinskaya Nigar Hüseyn Əfəndi qızı 1878-ci.. | Знакомьтесь,Azərbaycan | ВКонтакте 

 

 

Nigar xanımağlı, biliyi, dünyagörüşü ilə görkəmli sərkərdənin həyat dostu olur. Birinci Dünya müharibəsi başlayanda, yaralı əsgərlərə tibbi yardım üçün yaradılan Qırmızı Xaç Cəmiyyətinin sədri seçilir. Nigar xanımın rəhbərlik etdiyi xəstəxana məşhurlaşır. Ora "Şıxlinski xəstəxanası” deyirlər.

O, həmçinin 1914-cü ildə yaradılan Qadın Xeyriyyə Cəmiyyətinin də sədri idi.

1920-ci il martın 10-da Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilir. Nigar Şıxlinskaya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti”nin banisi olur. Həmçinin Nigar xanım məqalələr yazır, dul qadınların, ailədən məhrum olmuş uşaqların haqlarını qoruyurdu.

 

Milli maarifçilik və mədəni dirçəliş tariximizdə parlaq imza - Nigar xanım Şıxlinskaya 


1918-ci ildə Əliağa Şıxlinski Bakıya qayıdır. Nigar xanım "Yeni fikir” qəzetinə məqalələr yazır. Dilimizdə ərəb və fars sözlərinin çox olması onu narahat edirdi: Ərəb və fars sözlərini mümkün qədər az işlətmək lazımdır. Çünki öz dilimizdə sözlərimiz çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca əvəzi olmadıqda işlətmək olar.

Nigar xanım əsil vətənpərvər idi.

Anası Səadət xanımın vəfatı, yeganə oğlunun Türkiyədə itkin düşməsi Nigar xanımı sarsıdır. O, 1931-ci il avqustun 12-də dünyasını dəyişir.

Ölümündən düz 90 il ötüb.

Xatirələrində "Mənim hər şeyim-həm səhhətim, həm səadətim onunla getdi” yazan Əliağa Şıxlinski 1942-ci ilin avqustunda vəfat etmişdir.

Vəsiyyət etdiyi kimi Nigar xanımın yanında dəfn olunmuşdur.
 
P.S. Yazı vikepediyanın məlumatlarına əsaslanıb.
 
 
qadinkimi.az