Həbsxanada yaranan əsərlər Tarix : 30 İyun 2022, 03:50

Azadlıq bütün dövrlərdə insan üçün ən vacib anlayış olub. İndi də belədir. Əsasən də mənəvi və ruhi azadlıq hər kəs üçün önəmlidir. Daxilən özünü azad hiss etmək ruhi ehtiyaclarımızdan biridir. Bu gün müxtəlif zamanlarda dünyanın ən məhşur rəssamlarının, yazıçılarının, siyasətçilərinin və bu qəbildən olan digər sənət və peşə adamlarının həbsxana həyatında yaratdıqları əsərlər barədə məlumat vermək istərdim. Birinci bəhs edəcəyim əsər dünyaca məşhur İspan ədəbiyyatından Migel de Servantesin ’’Don Kixot’’ əsəridir. Ölkə xəzinəsinin talanması səbəbi ilə həbsə atılan Servantes həbsxanada bu məşhur və əvəzsiz bədii əsərini yaradıb. Yazıçının həbsxana həyatı elə də uzun müddətli olmayıb. Lakin elə bu həbsxana müddətində yazıçı əsərini tamamlaya bilir.

Daha bir bədii əsər Hitlerin müəllifi olduğu ’’Mənim Mübarizəm’’adlı əsərdir. Bu əsər Landsberq həbsxanasında Hitlerin dostu Rudolf Hess tərəfindən qələmə alınıb. Kitab iki cilddədir. Həyatının, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlər, yəhudilər haqqındakı ilk fikirləri, müharibə xatirələri bu kitabın əsas mövzusudur.

Əsl adı Uilyam Sidney Porter olan Henri hekayələri ilə tanınır. O, Texas banklarının birində kassir işləyib. Lakin fırıldaqçılığa görə polislərdən gizlənsə də, günlərin birində onu tuturlar və üç il həbs cəzası verirlər. Məhz həbsxanada dünya ədəbiyyatının usta hekayəçisi doğulur: Uilyam Sidney Porter dönüb olur Henri. İlk hekayəsini də burda yazır. Bu əsər "Dika Svistunun doğum günü hədiyyəsi” adlanır.

Daha bir əsər Vladimir Leninin ‘’Rusiyada kapitalizmin inkişafı’’ əsəridir. Lenin bu monoqrafiyaya həbsə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. Böyük lider kitabı 3 ilə tamamlayıb.

’’Quldurlar’’ adlı əsəri ilə məşhurlaşan Amerika yazıçısı Harri Qrey də öz əsərini həbsxanada yazıb.Bu əsər əsasında "Bir zamanlar Amerikada” filmi çəkilib. Bu avtobioqrafik romanı tək kameralı həbsxanada yazan Harri Qrey real quldurları qələmə aldığını etiraf edib.

Avstraliya yazıçısı Roberts də ‘’’Şantaram’’adlı avtobioqrafik romanında Hindistandakı həyatından bəhs edib. Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz o həbsxanada Roberts bu əsəri yazmağa başlayıb. Bu kitab çap olunandan sonra milyon tirajla satılıb.

’’Çiçəklərin Məryəm anası’’ adlı əsəri ilə tanınan yazıçı Jan Qenet də bu əsərini həbsxanada yazıb.1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülüb. 10 yaşından oğurluğa başlayan Jan 1926-cı ildə həbs olunub. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda isə o, 15 yaşında olub.

İnsan hansı şəraitdə və harda olmasından asılı olmayaraq hər zaman faydalı işlər görmək iqtidarındadır.

 

 


Hazırladı :Bünyamin Bünyadzadə