DƏB VƏ BAXIM
Gözəl olmaq istəyirsinizsə Tarix : 14 Sentyabr 2020, 03:14

Təmiz və sağlam dəridə heç bir ləkə olmur. Gözəl dəri gözəllikdir. Ancaq özümüz də bu gözəlliyin qeydinə qalmalıyıq. Bunun üçün dəriyə qulluq lazımdır

 

Çox sadə vasitələrdən istifadə edə bilərsiniz.Məsələn, çiyələk dəriyə müsbət təsir edir.Çiyələk yeyərkən birini də üzünüzə çəkin.

Üzə qulluq etmək üçün müxtəlif qarışıqlar da hazırlamaq olar.

 

1.2 xiyar və 1 qabıqlı limon yaxşı yuyun və qabıqlı şəkildə blenderdən keçirin. Üzərinə 200 ml tibbi spirt tökün, 7 gün qaranlıq sərin yerdə saxlayın, arada qarışdırın. 7 gündən sonra qarışığı yaxşı süzün. Losyon hazırdır. Yağlı və problemli dəri üçün istifadə edin.

 


2.Bu qarışığı həftədə bir dəfə quru dərilərdə istifadə etmək məsləhətdir.

1çay stəkanı gil
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı gül yağı
1 çay stəkanı gül suyu

Bunları yaxşıca qarışdırıb, üzünüzə çəkin.

 

Üz üçün maskalar

 

3. Bu dərini qidalandırmaq üçündür.


2 çay qaşığı bala 1 yumurta sarısı və 2 çay qaşığı zeytun yağı əlavə edib yaxşıca qarışdırın.
Bunu 15-20 dəqiqə üzdə saxlayıb əvvəl isti, sonra isə soyuq su ilə yuyun.

 


Özünüzü gözəl görmək istəyirsinizsə özünüzə qulluq etməyi unutmayın.

 
 
qadinkimi.com