BURA / ORA, SƏNƏT
Gülümsəyin, cənablar, gülümsəyin, xanımlar - təbəssüm nələr edir Tarix : 22 Yanvar 2019, 00:56
Yazar : Qadinkimi.com
Bir təbəssüm insanlara qarşı düşüncələrimizi necə dəyişir? Fotoqraf Jay Weinstein 2013-cü ildə Hindistanın Rajasthan çöllərinə səyahət edir və orada maraqlı bir hadisə yaşayır. İnsanlara münasibətinə  təsir edən bu hadisəni Weinstein daha sonra bu cür izah edir: " Adamla dolu sıx qatar stansiyasının yanında fotoşəklini çəkmək istədiyim bir  nəfər gördüm. Tərəddüd etdim. Gözünün içinə baxdım…baxdım və  sərt görünüşü gözümü qorxutdu.  Fotonu hər zaman öldürən o tərəddüd anıdır. Ondan uzaq durmağa və digər insanları çəkməyə qərar verdim.  Həmin adamın şən bir səslə "Mənim də fotomu çək!”dediyini eşidənə qədər”. Weinstein, kameranın linzasını ayarlayır. Düyməyə basır və qəhrəmanına "gülümsə" deyir. O an həmin insanın tamamilə fərqli bir insana çevrildiyini görür. Adamın üzü işıq saçır, gözləri parlamağa başlayır. Hətta onun duruşu belə dəyişir. Weinstein növbəti fotoşəkil seriyasını bu mövzuda işləməyə qərar verir. Bir əcnəbinin üzündəki gülümsəmənin qoyduğu təsiri sənədləşdirmək istəyir. Jay Weinstein bu seriya çərçivəsində kamerasının qarşısına keçən saysız "əcnəbi" dən gülümsəməsini istəyir. Qarşısına çıxan insanların gülmədən öncə  və gülümsədikdən sonra fotoşəkillərini çəkir.  Belə nətiəcəyə gəlir:  "Əcnəbilərə və bütün insanlara  münasibətimizi bir təbəssümlə  dəyişə bilərik. Onların bizə münasibətini də bir gülümsəməylə dəyişmək olar.   Adlar yoxdur, peşə yoxdur,  dini, irqi, etnik mənsubiyyət yoxdu.  İnsanı  təsirə salan həyat dərsləri, ürək titrədən xatirələr yoxdur. Yalnızca, bir insan üzü var -  gülümsəyən və gülümsəməyən”.