YAZI / DÜŞÜNCƏ
FİRUZ MUSTAFADAN DEYİMLƏR Tarix : 28 Noyabr 2019, 12:00
Yazar : Qadinkimi.com
1. Kişilər artır, kişilik azalır.

2. Adam hərdən adamlar arasında yaşadığına şübhə edir.

3. Yaxşı deyiblər, kasıb olmaq eyib deyil, ucuz olmaq eyibdir...)

4. Ən gözəl yer sənin bəyəndiyin yer yox, sənin bəyənildiyin yerdir 

5. Hamı öz libasının içində çılpaqdır.

6. Hamının üzünə gülən gülünc vəziyyətə düşər.

7. Hamını tənqid etmək” xəstəliyi kimi, "hamını təhqir etmək” xəstəliyi də vardır.

8. Hamı ağıllı olsaydı... ağıla ehtiyac olardımı?

9. Hamının yalan danışdığı bir mühitdə həqiqəti söyləmək... lazımdırmı?

10. Qanunlar qəhrəmanları qoruya bilməyəndə, qanuni oğrular qəhrəmanlara çevrilir.

11. Ən qiymətli kapital-zamandır. Amma onun nə alıcısı var, nə də satıcısı. Yəqin cənab Allah belə buyurub ki, hərə öz ömrünü özü istəyən kimi yaşamalıdır. Yəni ömürdən pay olmamalıdır.

12. Ən uzun ömür ilə görə deyil, əmələ görə hesablanır.

13. Ən asan və ən çətin səmimi olmaqdır. 

14. Ən böyük günah- özünü günahla dolu dünyada daim günahsız hesab etməkdir.

15. Ən xoşbəxt adam –xoşbəxtlik haqda heç vaxt düşünməyən adamdır

16. Ən sadə həqiqət belə, böyük həqiqətdir. 
 
 
 
FİRUZ MUSTAFA
qadinkimi.com