Eminqueydən yeni kitab Tarix : 27 Yanvar 2020, 15:50
Yazar : Qadinkimi.com
Sevilən şair Eminqueyin "Günəbaxan” adlı yeni şeirlər kitabı nəşr olunub.

Qadinkimi.az-ın verdiyi xəbərə görə, kitabda müəllifin son illərdə yazdığı şeirlər, həmçinin sosial şəbəkələrdə məşhur olan qısa fikirləri toplanıb. Bu, Eminqueyin sayca ikinci kitabıdır.

"Alatoran” nəşriyyatında çap olunan kitabın üz qabığının dizayneri Günel Dəniz, tərtibatçısı Elşad Rəhimovdur. Kitab ilkin olaraq 200 nüsxə ilə çap olunub. Təqdimat mərasimi barədə tezliklə məlumat veriləcək.


qadinkimi.com