YAZI / DÜŞÜNCƏ
24 saat heç kimi mühakimə etmə Tarix : 29 Avqust 2022, 19:00

 

1. Hər gün üç nəfərə xoş sözlər de.


 

 

2. İldə ən az bir dəfə günəşin doğulmasını izlə.


 

 

3. İnsanların doğum günlərini xatırla.


 

 

4. Tez - tez təşəkkür et.


 

 

5. Hansısa bir musiqi alətində çalmağı öyrən.


 

 

6. İlk sən salamlaş.


 

 

7. Özünü və başqalarını bağışlamağı bacar.


 

 

8. Ucuz maşın işlət, amma ala biləcəyin ən gözəl evi al.


 

 

 

9. Sevinclərini gecikdirmə.


 

 

10. Elə yaşa ki, uşaqların "ədalət", "dürüstlük" sözünü eşitdikdə ilk səni xatırlasın.


 

 

11. Həyat yoldaşını diqqətli seç, çünki xoşbəxtliyinin də, bədbəxtliyinin də 90%-ni bu seçim müəyyən edir.


 

 

12. Hər yeməkdən öncə şükr et.


 

13. İlk yardım qaydalarını öyrən.


 

 

14. Hər gün 30 dəqiqə yürüş et.


 

 

15. Biri səni qucaqladığında ilk buraxan sən olma.


 

 

16. Hər gün 6 stəkan su iç.


 

 

17. Səni sevən insanları qoru.


 

 

18. Gözünün qarşısında yalnız yaxşı şeyləri saxla.


 

 

19. Səyahətə çıxsan, cibində sənə aid sağlıq bilgilərini, ev adresini və telefon nömrəni qeyd etdiyin kağız saxla.


 

 

20. Heç vaxt oxumasan da yaxşı kitabların olsun.


 

 

21. Yaxşı bir evliliyin 2 əsas şərti olduğunu unutma: doğru insanı tapmaq və doğru insan olmaq.


 

 

22. Ailəni və sənə ailən qədər yaxın olan insanları danlamaq istədiyin zaman dilini dişlə.


 

 

23. Əks fikirdəsənsə, bunu sevimsiz olmayacaq şəkildə göstər.


 

 

24. Cəsarətli ol. Geridə qalan həyatına baxdığın zaman etdiklərin üçün yox, etmədiklərin üçün üzüləcəksən.


 

25. Kim nə deyirsə desin, çox mükəmməl hesab etdiyin bir fikrin varsa mütləq arxasında dur.


 

 

26. Kefsiz olduqda bunu çox üzə vurma.


 

 

27. Həyatını mənalı etmək üçün hər gün bir şey et.


 

 

28. Üç ədəbli lətifə öyrən.


 

 

29. Yaxşılıqla deyilmiş bir sözü və yaxşı əməlləri dəyərləndir.


 

 

30. Uşaqların haqqında başqasına yaxşı sözlər söylərkən, imkan yarat onlar səni eşitsin.


 

 

31. Güc - yalnız sahib olduğun maddi nemətlərlə əlaqəli deyil, bunu unutma.


 

 

32. Biri ilə tanış olarkən əlini uzat və adını de, amma bil ki, o, bunu tezliklə unudacaq.


 

 

33. Qələm və qeydiyyat dəftərini hər zaman yanında saxla.


 

 

34. Zaman və kəlmələrini boş yerə xərcləmə, ikisi də çox dəyərlidir.


 

 

35. Media ilə danışarkən, son sözü onların dediyini unutma.


 

 

36. İnsanlarla pulun haqqında danışma.


 

 

37. Bir şeyi əldə etmək üçün çox zaman sərf etmisənsə, dadını çıxarmaq üçün də zaman ayır.


 

 

38. Kiminsə qəhrəmanı ol.


 

 

39. Kədəri və xəyal qırıqlıqlarını həyatın bir hissəsi kimi qəbul et.


 

 

40. Necə bir hiss olduğunu anlamaq üçün 24 saat heç kimi və heç nəyi mühakimə etmə.

 


41. Sadəcə sevdiyin üçün evlən.



H. Jackson Brown’ın "Life’s Little Instruction Book" kitabından

 

 

qadinkimi.com