YAZI / DÜŞÜNCƏ
Bizi başqasının açdığı yol güclü etməyəcək Tarix : 06 Yanvar 2021, 01:34

Bir nəfər bir-neçə saat dayanıb kəpənəyin baramadakı kiçik yarıqdan necə çıxacağına baxırdı. Az vaxt keçmədi. Ona elə gəldi ki, kəpənəyin gücü tükənir, daha yarıqdan çıxmağa həvəsi yoxdu.Taqəti yoxdu.
İnsan ona kömək etmək qərarına gəldi.Yarığı genişləndirdi. Kəpənək azad oldu.Amma onun qanadları hələ çox zəif və zərif idi. O, güclə hərəkət edirdi. Müşahidəçi kəpənəyin uçacağını gözləyirdi. O, qanadlarını tərpədir, amma uça bilmirdi.

Qalan günlərini kəpənək öz zəif qanadarı ilə sürünə-sürünə qaldı. O uça bilmədi.

Ona görə ki, ona kömək etdiyini düşünən insan onun vaxtından əvvəl öz "evini” tərk etməsinə səbəb olmuşdu. Baramadan çıxmağa can atan kəpənək qanadları möhkəmlənəndən sonra özü sərbəst yarıqdan çıxa bilir. Özü azadlığa çıxmaq üçün mübarizə aparmalı, güclü olmalıdır.

 

 




Yaşamaq üçün çalışmalısan, mübariz olmalısan. Məqsədinə nail olmaq üçün güc sərf etməlisən, döyüşməlisən.

Qələbəni qazanmaq lazımdır.

Biz hər şeyi hazır əldə edə bilmərik. Bizi başqasının açdığı yol güclü etməyəcək.

Mən yaşamaq üçün güc arzuladım. Həyat məni çətinliklərlə üzləşdirdi ki, güclü olum.

Mən müdriklik arzuladım. Həyat məni problemlərə saldı və mən onları həll etmək yollarını axtardım.

Mən var – dövlət istədim. Həyat mənə beyin və fiziki güc verdi ki, mən işləyə bilim.

Mən uçmağı xəyal etdim. Həyat manelər çıxardı, onları aşmalı oldum.

Sevgi istədim...Həyat qarşıma problemli insanlar çıxardı və başımı onlarla qatdı.

Mən rahat həyat yaşamaq istədim. Həyat imkanlar - şans verdi.

Mən arzuladığım heç nəyi vermədi. Amma anlatmağa çalışdı. Verdiklərindən mənə gərək olanları anlaya tapa bildim.

 


Anladığın, tapa bildiyin qədərdi həyat.

 


 

 

qadinkimi.com