QADIN / KİŞİ
Birlikdə olmanın səbəbini tapın Tarix : 13 Aprel 2021, 07:43

Ailələrdə mübahisələr müxtəlif səbəblərdən olur.

Sevənlər arasında konfliktin, mübahisələrin olması sirr deyil. Bəzən tərəflərin diqqət çəkmək həvəsi mübahisələrə səbəb olur. Ona görə də münasibətlərdə diqqətli olmaq, bir- birinə xoş söz demək, tərifləmək və s. önəmlidir. Qarşı tərəfə diqqət və qayğı ilə yanaşma sevgini möhkəmlədir.

Xanımınızın bişirdiyi yemək ləzzətli olmasa belə, ona təşəkkür edin, xoş söz deyin. Duzsuz yeməkdən heç kim yaralanmır, acı söz isə yaralayır. "Bunu ver!”, "Onu gətir!”, "Göstəriş vermə” kimi müraciətlərdən çəkinin. Bəzilərinə bu bayağı görünür. Bunun səbəbi onun böyüdüyü ailədir. Valideynlər arasındakı münasibət gələcək ailələrə təsirsiz ötüşmür.

Əsas səbəblərdən biri də həm özünə, həm də əks cinsə güvənsizlikdi. Güvənsiz olanlar daim özünü təsdiqlə uğraşır. Yəni önəmli olduğunu göstərməyə çalışır. "Mən deyən, mən edən daha doğrudur”prinsipi ilə yaşayır. Bu da mabahisələrə, münaqişələrə səbəb olur. Ayrılığa gedən yol çox zaman güvənsizlikdən başlayır.

Ailədə şəxsi maraqlar ikinci plana keçir. Burda "mənim” yox, "bizim” olmalıdı hər şey. Və tərəflər təkcə öz "mən”ini deyil, qarşıtərəfi də düşünməlidir. Unutmayın: Qayğı istəyirsizsə, qayğı çəkin. Diqqət istəyirsizsə, diqqətli olun.

Bəzən cütlüklər birlikdə darıxırlar. Bu zaman mübahisələrin olması qaçılmaz lur. Sevdiyinizin maraq dünyasını öyrənməyə çalışın. Ortaq mövzular tapın. Bir az romantik olun.

Əgər tez-tez mübahisə edirsinizsə, çəkişmələr baş verirsə, bunun səbəbini qarşı tərəfdə görməyin. İlk növbədə özünüzə baxın: bəlkə səbəbkar sizsiniz? Bunu mütləq aydınlaşdırın!

 

Bunları yalnız bir-birini sevən cütlüklər edir | Gənc Ailə 

 

İstənilən narazılıq, mübahisə, münaqişə sevginizə xələl gətirir.

Birlikdə olmanızın səbəbini tapın. Bu Sevgidir. Onu qoruyun.

 

 

 

 

qadinkimi.az