QADIN / KİŞİ
Beynəlxalq sammitdə ayaq üstə alqışlanan Azərbaycanlı xanım - VİDEO Tarix : 02 İyul 2019, 11:07
Yazar : Qadinkimi.com
Wowoman Azerbaijan platformasının rəhbəri Zara Hüseynovanın One Young World sammitindən möhtəşəm çıxışını sizə təqdim edirik.
 

Niderland kraliçası, Nobel mükafatçısı Tawakkol Karman, professor Muhammed Yunus, Twitterin co-founderi, Unilever şirkətin CEO-su Paul Polman, Sir Bob Geldof, Haaqa şəhərin icra başçısı Pauline Krikke, Rossana Burgos (Eh Bee Family lahiyəsi) və həmyerlimiz Zara 1800-dən çox sammit iştirakçısının qarşısında çıxış edərək sülh və ədalətin qüvvəsi haqqında danışıblar.

Təhsil Panelində ayaqüstə alqışlanan yeganə iştirakçı Zara, Azərbaycan qadınlarının qarşılaşdığı çətinliklərindən, onların həllindən, cəmiyyətə təsirindən söz edib və Azərbaycanın şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayıb.

Xatırladaq ki, One Young World 2009-cu ildə Böyük Britaniyada David Jones və Kate Robertson tərəfindən yaradılmış qlobal qeyri-kommersiya qurumudur. Bu cəmiyyətin məqsədi 193 ölkədən olan gənc liderlərini, yeni nəslin ən parlaq və ən qabiliyyətli nümayəndələrini bir araya gətirərək dünyada aktual olan problemlərin həll yolunu tapmaqdır. Hal hazırda 14,6 million üzvü olan qurum dünyanın 500-dən çox təşkilatı ilə əməkdaşlıq edir. Keçmiş sammitlərin nümayəndələri arasında Justin Trudeau, Emma Watson, Archbishop Emeritus Desmond Tutu, Kofi Annan, Sir Richard Branson, Meghan Markle, Ceymi Oliver kimi dünya liderlərinin adlarını qeyd etmək olar.
 

Qadinkimi.com