BURA / ORA
Məktəb və universitetlər aprelin 20-nə qədər bağlı olacaq - RƏSMİ Tarix : 20 Mart 2020, 13:51
Yazar : Qadinkimi.com
Nazirlər Kabinetinin qərarı ilə təhsil müəssisələrində dəsrlər aprelin 20-ə kimi dayandırıldı.

Qadinkimi.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

 
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınması ilə bağlı qərar qəbul olunub.
 

qadinkimi.com