BİLİM / DİN
Adlarınızın baş hərfləri nə deyir Tarix : 02 İyun 2020, 16:14

Adının BAŞ HƏRFİ SƏNİN HAQQINDA NƏ DEYİR


A - Hadisələrə məntiqlə yanaşırsan. Böyük bir enerjin var. Vacib olanlar üçün heç zaman vaxt itirmirsən. Bu da həyatının qüsursuz davam etməsinə əsasdır. Eyni səhvi təkrarlaman uğursuzluğuna səbəb olur.


B - Duyğusal, romantik və qüvvətli birisən. Sakit görünüşünün altında dəli bir Sən var. Sevgilinə sürpriz etməkdən və onu sevdiyini söyləməkdən çəkinmirsən. Ondan da eyni jestləri gözləyirsən. Qarşılıq görmədiyində də qırılıb içinə qapanırsan.


C-Ç - Sosial ve flörtoz birisən! Eyni zamanda da duyğulu və başa düşənsən. Özəlliklə danışma və yazma mövzularında savadın yüksəkdir. Münasibətlərində ancaq öz dediklərinin olmasını istəyirsən. İlk növbədə özünü düşünürsən.

 


D - Hirsli və zorluqlara dirənən bir tərzin var. İstəyincə bacarmayacağın şey yoxdur. Çevrəndəkilər tərəfindən həmişə sevilirsən. Çox vaxt qısqanc davransan da, sevdiklərinə hər zaman sadiqsən.


E - Üzüntü və sevinci bir arada yaşaya bilmək böyük bir bacarıqdır! Sən bunu əla bacarırsan. Üzüldüyün zaman ətrafına hirs saçır və fərqində belə olmadan qəlb qırırsan. Amma sonra da sakitləşir və hər şeyi unudursan. Kinli və hirsli deyilsən. Pul vəiş problemləri sizi tez yorur.Hər zaman qayğıya ehtiyacın var.


F - Sakit, etibarlı və yaradıcı birisən. Bu özəlliklərin sayəsində həm diqqət çəkir, həm də baş vurdugun hər yerdə ulduz olursan. Sevginə sadiqsən.  Sevdiyin insan üçün gözə almayacağın şey yoxdur. Amma başqalarına tez inanansız.


G - Nə olursa olsun, başqalarıyla söz güləşdirməkdən əsla çəkinmirsən. Davaya və mübahisə etməyə hər zaman hazırsan. Hər şeyə bir qulp taxmağı bacarırsan. Heç bir şeyi bəyənməməyin isə həyatını çətinləşdirir.


H - Sakit və səssiz bir havan var. Dəyişikliklərdən və hərəkətli bir həyatdan xoşlandığını demək olmaz, amma sevgilinin səndən fərqli olaraq daha hərəkətli və həyəcanlı olması xoşuna gəlir. Etdiyin səhvlərdən dərs almağı bilir və eyni səhvləri təkrarlamırsan. Axtarışda olsan da, nə axtardığını bilmirsən.


X - Tez-tez bir axtarış içindəsiniz. Lakin nə axtardığınızı da bilirsiniz: Sizi hər yöndən zənginləşdirəcək biri üçün hər şey edə bilərsiniz. Amma bunu pis rəftarla etməyiniz yaxşı deyil. Etiraf edin, əldə etmək istədiyinizi bəzən asanlıqla əldə edə bilirsiniz!


İ - Həssas, duyğusal və tez inciyən birisən. Buna baxmayaraq hisslərinə hakim ola bilirsən. Sevdiklərin üçün hər cür fədakarlığı etməyə hazırsan. Güvənmək sənin üçün zaman istəyən bir duyğudur. Aldadıldığını hiss etdiyin an göz yaşlarına boğulursan və heç cür barışa bilmirsən.


J - Nəşəli amma eyni zamanda da kaprizli birisən. Həyatdan zövq almağı bilirsən. Söz sevgi olduğunda isə ideal axtarırsan. Asanlıqla bəyənmir, çox çətin aşiq olursan. İdeal axtarırsan. 


K - İş və dərs mövzusunda müvəffəqiyyət həmişə səninlədir! Ağlın sayəsində çətinlikləri aşaraq gələcəyin üçün əmin addımlarla addımlayırsan. Qəlbinin deyil, məntiqinin səsiylə hərəkət edirsən. Çevrənə qarşı anlayışlısan, amma dəyişkən xasiyyətli kimi davranırsan. Aldanmaq və aldatmağa nifrət edirsən.


L - İntellektual birisən. Dost seçimlərini edərkən də xırdalıqlara kimi gedirsən və hər xırda şeyi müzakirə etməyi sevmirsən. Sevilməkdən çox sevməyə meyllisən.


M - Yüksək ağlınla hər kəsin diqqətin çəkirsən. Öhdəsindən gələ bilmədiyin problem yoxdur. Sevgi mövzusunda isə olduqca duyğusalsan. Sevdiyin insana qarşı sevgi göstərilərin onu bezdirə bilər.


N - Çəkingən və səssiz biri kimi görünsən də, əslində elə olmadığını hər kəs bilir! Altıncı hissin sayəsində ətrafında olub bitəni o dəqiqə sezir; özünü ölümsüzlüklərə qarşı hazırlayırsan. Heç kimin səni əzməsinə icazə vermirsən. Standartlarınıza uyğun birini tapmaq çətindir.


O-Ö - Elə gizlisən ki, ətrafında maraq oyadırsan! Duyğularını açığa çıxarmaqdan həmişə qaçırsan. Bunun səbəbi də əslində qırılmaqdan qorxmağındır. Kimisə incitməkdən ehtiyat edirsən, ilk addımı həmişə başqalarından gözləyirsən.


P - O qədər özündən əminsən ki! Bu halın ətrafındakıları maqnit kimi yanına çəkir. Sosial status sənin üçün çox önəmlidir və diqqət çəkməkdən çox xoşlanırsan. Amma diqqətli ol, çünkü sənin özündən razı olduğunu düşünən insanların sayı heç də az deyil.


R - Qərarsızlıq sənin 2-ci adındır! Bu vəziyyətdən dostların da, ailən də şikayətçidir! Eşq mövzusunda bir az çəkingənsən. Duyğularını dilə gətirməkdən həmişə qaçır, bu üzdən də qarşına çıxan fürsətləri qaçırırsan. Sevdiyin özün kimi olmalıdır.


S-Ş - Xəyal qurmaqdan və bu xəyalları həyata keçirməkdən zövq alırsan. Sənin üçün çevrəndəkilərlə yaxşı münasibət qura bilmək çox önəmlidir. Yanlış anlaşmalar və hüzursuzluqlar olduğunda yuxusuz gecələr yaşayırsan.


T - Duyğularını bəlli etməyən birisən. Hər ortama uyğunlaşmırsan. Romantik və tez inciyənsən. Dostların sənə sirrlərini rahatlıqla aça bilirlər. Çünkü yaxşı bir sırdaşsan. Məntiqinlə hərəkət edib çıxılmaz vəziyyətlərdən asanca çıxırsan. Bir də sevgi mövzusunda eyni şeyi edə bilsən...


U-Ü - Həm durğun həm nəşəlisən! İkisinin arasında çox gözəlsən. Aşiqkən gözlərini hər xətaya bağlamaqdansa, həqiqətlərlə üzləşməyi tərciə edirsən. Bu üzdən də doğru insanı gözləyir, qarşına hər çıxan yaraşıqlıya könlünü vermirsən.


V - İçinə qapalı, eyni zamanda azad ruhlusan. Qapalı adamlar da diqqətini daha çox çəkir. Partilərdə özünü göstərməkdən və münasibətlər qurmaqdan heç xoşun gəlmir. Az, amma öz dostun olsun istəyirsən. Ən gözlənilməyən anlarda ən məntiqli fikirlər də səndən çıxır!


Y - Durğun və düşüncəli bir halın var. Bunun səbəbi də keçmişi heç cür unuda bilməməyindir. Başını qurcalayan bir düşüncə olarsa, bunu qarşındakına lapdan deyə bilirsən. Bu halından şikayət edənlər olsa da, sən öz halından çox məmnunsan. Yenə də özünüzü isbat etməyə ehtiyac duyursan.


Z - Ağıllı və yaradıcısan. Səmimi, həssas, xəyalpərəstsiniz. Yeni şeylər öyrənməyi sevir, tapdığın hər şeyi oxuyursan. Sən, şəxsi həyatın özəl qalmasının vacib olduğunu düşünənlərdənsən. Bu üzdən də ən yaxın dostlarına belə sevgi həyatından bəhs etmirsən.

 

qadinkimi.com