BURA / ORA, GENDER
ABŞ-da Apple şirkətinin seksist kredit kartı məsələsi araşdırılır Tarix : 11 Noyabr 2019, 19:10

ABŞ-ın Maliyyə nəzarəti departamenti Apple şirkətinin kişilər və qadınlar üçün fərqli kredit kartı limitləri təklif etməsi ilə bağlı istintaq işi başladıb. Bu qərar müxtəlif şikayətlərin yayılmasından sonra verilib.  


Bundan əlavə, Apple'ın həmtəsisçisi Steve Wozniak da təklif olunan bu kredit kartı limitlərinin qadınlara qarşı qərəzli hesab edilə biləcəyini düşünür.


Nyu-Yorkun Maliyyə Xidmətləri Departamenti Apple kartları ilə məşğul olan Goldman Sachs şirkəti ilə əlaqə saxlayıb. Şirkət iddialar qarşısında "Heç bir ayrı-seçkilik və ya qanun pozuntusu yoxdur” cavabını verib.

Bloomberq xəbər agentliyi şənbə günü xəbər verib ki, proqramçı David Heinemeier Hansson apple kartın ona həyat yoldaşından tam 20 dəfə artıq limit haqqı tanıdığını deyib. 

Hansson paylaşdığı bir twitter statusunda həyat yoldaşının ondan daha yaxşı kredit balansına sahib olduğunu, buna baxmayaraq, ayrı-seçkiliyə məruz qaldığını bildirib.  

Apple şirkətinin qurucularından biri Stiv Voznyak da həyat yoldaşının eyni ayrı-seçkiliyə məruz qaldığını deyib.  

Xatırladaq ki, "Apple Card” sahibi güzəştlər əldə edir. Kartdan istifadə zamanı 1%, Apple Paydan yararlanarkən 2%, şirkətin firma mağazalarında xidmətdən istifadə edərkən 3% keşbək (pul qaytarılma) alır. Eyni zamanda, bu kart vasitəsilə kriptovalyuta, lotereya biletləri və kazino fişlərini satın almaq mümkün deyil.


qadinkimi.com