YAZI / DÜŞÜNCƏ
XOŞAGƏLMƏZ YEDDİ İFADƏ Tarix : 01 Dekabr 2022, 11:30
Yazar : Qadinkimi.com
Sizə uğursuzluq olaraq geri dönən 7 ifadə
"ÇOX XƏSTƏYƏM” deməklə xəstəliyə kömək etmiş olursuz
 
 
Sözün gücü çox böyükdür. Əvvəlcə hiss edilməsə də, onlar sonradan həyatımızda maddiləşməyə başlayırlar. Sözün gündəlik həyatımızdakı əhəmiyyəti bu gün alimlər tərəfindən artıq sübut olunmuşdur. Həyatınızdakı uğursuzluqlardan qurtulmaq üçün 7 ən çox işlədilən ifadəni sizə təqdim edirik:
 
"Mən bacarmaram”- Əksəriyyətimiz həyatımızın müəyyən məqamlarında bu ifadəni işlətmişik. Bəzən də kiməsə kömək etməkdən imtina etmək üçün işlədirik. Bir tərəfdən baxanda bu doğru görünür. Çünki bəzən insanlara "yox” deməyi də bacarmaq lazımdır. Sözügedən ifadəni "Mən bunu etməyəcəm” ifadəsi ilə əvəz etməyə başlayın. "Mən bacarmaram” ifadəsi bacarıqsızlıq, eyni zamanda güc, enerji və bilik əksikliyi deməkdir. Əgər insan bir şeyi edə bilir, ancaq etmək istəmirsə, istəyini olduğu kimi ifadə etməlidir.
 
"Şokdayam”- Bir çoxunun sevimli ifadəsidir. Əgər insanlar bu sözün həqiqi mənasını bilsələr, bu qədər çox işlətməzlər. Şok – orqanizmin vacib orqanlarının funksiyalarının iflic olmasıdır. Bütün bədən hüceyrələri bu ifadəyə mənfi reaksiya verir. Buna görə də təəccübünüzü bildirmək üçün başqa ifadələr seçin.
 
"Mən bir də heç vaxt...”- Bu ifadəni müxtəlif cür tamamlamaq olar. Amma belə ifadələr insanın mübarizə aparma istəyini bloka salır. Məsələn, "mən bir də heç vaxt heç kimə güvənməyəcəm” dediyimizdə bir müddət sonra bunu unuduruq. Amma artıq şüuraltına ötürülmüş təsir sayəsində insanlara daha çətin inanırıq.
 
"Mən dəhşətli dərəcədə şadam” və ya "Dəhşətli dərəcədə xöşbəxtəm” "Dəhşət" kəlməsinin bura əlavə olunması ilə "xoşbəxtlik” sözünə artıq mənfi anlam yüklənir. Bununla da xəbərimiz olmadan bədbəxliyi həyatımıza çağırmış oluruq.
 
"Pulum yoxdu”- Belə baxsaq, bunu deməyə hamımız öyrəşmişik. Amma yenə də ifadənin arxasında mənfilik olduğunu anlamaq lazımdır. Beyin hüceyrələri bu ifadəni eşitdiyi zaman avtomatik olaraq özünü yoxsulluğa proqramlaşdırır. Bunun əvəzinə özünüzə "indi alış-veriş üçün əlverişli zaman olmadığın”ı deyə bilərsiniz.
 
"Mən şəraitin qurbanıyam”- ifadəsi də şüuraltını eşitdiyi fikrə doğru yönəlməyə məcbur edir. Onu bilin ki, bir işdə uğursuzluq olubsa, bu, sizin qurban olduğunuzu deməyə haqq vermir. "Çox xəstəyəm” - Sağlamlıqla bağlı problem hər bir insanın başına gəlir. Belə məqamlarda ancaq ondan qurtulmağı düşünün. Tibb ekspertləri xəstəlik üzərində əhval-ruhiyyənin önəmli rolunu çoxdan sübut ediblər. Bu ifadəni işlətdikdə xəstəlik prosesinin davam etməsinə kömək etmiş olursuz. Orqanizminizə mənfi ifadələr söyləməyin. Əksinə, onları müsbət ifadələrlə əvəz edin. Dəyişikliyi özünüz görün!
 
 
Çevirdi: Xumar Hüseynova
Qadinkimi.com