EV / ÇÖL
Karantin rejimi sərtləşə bilər Tarix : 27 İyun 2020, 19:37

Əgər koronavirusa yoluxma çoxalarsa, xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər.

Bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, ölkədə karantin qaydalarının sərtləşdirilməsi cəmiyyətdən asılıdır: "Əgər yoluxma çoxalarsa, xüsusi karantin rejimi yenidən sərtləşdirilə bilər. Biz sərtləşməyə getmək istəməsək də vəziyyət buna şərait yarada bilər".

 

***


Gürcüstan hakimiyyəti xarici ölkələrlə aviaəlaqələri bərpa etmək və quru sərhədlərini 1 iyuldan etibarən açmaqdan imtina edib.

Bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnava deyib.

O, sərhədlərin açılmasının iyulun sonuna qədər təxirə salınacağını bildirib.

Turnava sərhədlərin açılmasının dünyadakı epidemioloji vəziyyətdən asılı olduğunu deyib.

 

 

***


 

"Bu gün şəxsi mühafizə vasitələrini Bakıya göndəririk. Bu, Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrdəki tərəfdaşlarımıza həmrəylik yardımı aksiyasının davamıdır”.

Oxu.Azxəbər verir ki, bu sözləri Vroslav hava limanında Polşanın Xarici İşlər nazirinin müavini Pavel Yablonski deyib.


 

O bildirib ki, yardım kampaniyası çərçivəsində Polşa Azərbaycana təyyarə ilə ümumi dəyəri təqribən 87 min zlotı(37,3 min AZN - red.)olan tibbi maskalar, dəbilqə və dezinfeksiyaedici vasitələrgöndərir:

"Yardımı qəbuledən tərəf Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta Agentliyidir. Məhz bunun sayəsində yardım vasitələri ən çox ehtiyac duyulan yerlərə və beləliklə, Azərbaycan cəmiyyətinə yönəldiləcək”.

 

qadinkimi.com