BURA / ORA, SƏNƏT
2019- cu ildə iPhone-la çəkilmiş ən yaxşı fotoşəkillər Tarix : 16 Dekabr 2019, 10:00
Yazar : Qadinkimi.com
Apple şirkəti iPhone foto müsabiqəsinin 2019-cu il üzrə qaliblərini elan edib. 12-ci dəfədir ki, keçirilən beynəlxalq müsabiqədə 140-dan çox fərqli ölkədən minlərlə fotoqraf iştirak edib.
 

Müsabiqənin Qran Prisi "Böyük bacı" əsərinə görə italiyalı Qabriella Ciqlianoya verilib. Birinci və ikinci yerləri Portuqaliyadan Dioqo Laqe, Çindən Pend Xao tutub. Üçüncü yer isə Rusiyadan "Bağışlayın, bu gün kino olmayacaq” adlı fotosuna görə Yuliya İbraevaya verilib.
 
Gabriella Cigliano. iPhone X. Birinci mükafat "İlin fotoqrafı". 
 

Peng Hao. iPhone X. Birinci mükafat "İlin fotoqrafı". 
 


Diogo Lage. iPhone SE Birinci mükafat "İlin fotoqrafı".
 

18 nominasiyada Avstraliya, Bəhreyn, Belarusiya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada, Çin, Peru, Portuqaliya, ABŞ, Tayvan, Cənubi Afrika, Fransa və Yaponiyadan olan fotoqraflara mükafat verilib. Qalib gələn fotolar müxtəlif iPhone modelləri ilə (iPhone 6 və iPhone SE-dən başlayaraq iPhone XR və iPhone XS Max-a qədər) çəkilib.
 
İlin fotoqrafı nominasiyası - Yuliya İbraeva. iPhone 7 Plus.  
 


"Uşaqlar” nominasiyası - David Buker. iPhone XS Max. 
 

"Abstraksiya” nominasiyası - Jianqinq Quo. iPhone 7 Plus. 
 

"İnsanlar” nominasiyası - Vey Xionq. iPhone X.
 

"Ağaclar” nominasiyası - Kristian Helviq. iPhone 6S. 
 

Kirill Voynovski "Uşaqlar” kateqoriyasında ikinci yerə layiq görülüb. O, müsabiqəyə 6 yaşlı qızı Oliviyanın fotosunu təqdim edib. 

 "Natürmort” nominasiyasında üçüncü yerə Yelena Bolşakovanın təqdim etdiyi "Mütləq” şəkli layiq görülüb.
 

Kirill Voynovski. "Uşaqlar" nominasiyasında ikinci yer.
 

Klarita Piri Beyerdoerfe. "Həyat tərzi" nominasiyasında ilk mükafat. iPhone SE.
 


Dioqo Leyq. "Heyvanlar" nominasiyasında ilk mükafat. iPhone SE.
 

Mona Cumaan. "Portret" nominasiyasında ilk mükafat. iPhone 7 Plus.
 

Huey Jiuan Vanq. "Təbiət" nominasiyasında ilk mükafat. iPhone 6. 
 
 
 
 

 
Müəllif: Danila Varennikov
Foto: Mətbuat xidmətləri tərəfindən təmin edilib
Çevirdi: Xumar Hüseynova
Qadinkimi.com