DƏB VƏ BAXIM
Chanel podiumu okean çimərliyinə çevirdi Tarix : 17 Oktyabr 2018, 14:18
Yazar : Qadinkimi.com
Dünya şöhrətli moda nəhəngi Chanel keçdiyimiz günlərdə "Bahar-yay 2019" nümayişini əsl dəniz sahilinə çevirib. 
Taxta çimərlik kürsülərində nümayişi izləyən qonaqlar üçün əsl şou yaradan moda evinin bu nümayişi böyük səs gətirdi. İnsana həqiqətən çimərlikdə olduğunu hissetdirən nümayişdə nə az nə çox düz 2679 nəfər iştirak edib. 

Grand Palais'da keçirilən moda nümayişi üçün 80 kvadrat metrlik sahədə süni sahil yaradılıb. Bundan əlavə nümayiş üçün podiumda bir gəmi, gizli dalğa cihazı və nəhəng bir səma quraşdırılıb. Modellər isə geyimlərini suyun içində ayaqyalın gəzərək nümayiş etdirib.